Cümə axşamı , Oktyabr 22 2026
azfa

Təbriz Darüssəltənəsinin tarixi, coğrafiyası və görkəmli şəxsləri

GADTB: Qacarlar sülaləsinin məşhur nümayəndəsi şahzadə Nadir Mirzənin (1827-1885) AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan “Təbriz darüssəltənəsinin tarixi, coğrafiyası və görkəmli şəxsləri” adlı əsəri Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.

Kitab Təbriz şəhərinin qədim dövrlərdən tutmuş XIX əsrədək olan tarixi mənzərəsini əks etdirir. Nadir Mirzə əsəri yazarkən özünün qırxillik müşahidələrini qələmə almaqla bərabər, yüzə yaxın tarixi sənəddən, məktublardan və fərmanlardan da istifadə edib ki, bunlar da kitabda təqdim olunur. Kitabda Təbrizdə baş vermiş ən mühüm tarixi hadisələr, əhalinin yaşayış tərzi və adət-ənənələri, Təbrizdəki məhəllələr, qədim tikililər, çoğrafi məkanlar, bağ-bağçalar, burada bişirilən təamlar haqqında geniş və dəqiq məlumat verilir. Bundan başqa əsərdə Təbrizin görkəmli siyasət və din xadimləri, alimləri, şairləri, o cümlədən Təbrizin tarixində iz qoymuş sadə sakinlər barəsində də bəhs olunur.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …