Bazar , Sentyabr 27 2026
azfa

Təbrizdə divarlara İranın həbs etdiyi Ruzbeh Pirinin posterləri yapışdırıldı: “Milli məhbuslara özgürlük”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı milli fəallar İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbus Ruzbeh Pirinin posterlərini çap edərək şəhər boyu hər bir yerə və ümumi keçidlərə yapışdırıblar. Onlar bu yolla azərbaycanlı fəalın dərhal həbsdən azad edilməsini tələb ediblər.

Qeyd edək ki, irqçi fars rejimin məmurları Təbriz şəhərində yaşayan azərbaycanlı milli fəal Ruzbeh Pirini fevralın 12-də yaxalamışdılar. Rejimin təhlükəsizlik qüvvələri Ruzbeh Pirini heç bir məhkəmə qərarı olmadan atasının evinə girərək aparmışdılar.

Ruzbeh Piri Azərbaycan Türk Millətinin hüquqları uğrunda milli-mədəni fəaliyyətlərinə görə 6 il müddətinə azadlıqdan məhkum edib. Lakin daha sonra Apellyasiya Məhkəməsi fəal barəsində çıxarılan qərarı 3 il 8 aya endirib.

 İran rejimi azərbaycanlı milli fəal Ruzbeh Pirini şərləyərək, onu “Sistemə qarşı təbliğat fəaliyyəti” və “Sistemə qarşı qruplarda üzvlük”də ittiham edib.

Həmçinin yoxlayın

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …