Çərşənbə , Sentyabr 23 2026
azfa

Rejimin məhkəməi ittiham irəli sürəndən sonra azərbaycanlı fəal Yaşar Nikrunu zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 13-də Rəşt şəhərin ETTELAAT İdarəsinə çağrılan azərbaycanlı milli fəal Yaşar Nikru zaminə buraxılıb.

Rəşt şəhərində yaşayan azərbaycanlı fəal Yaşar Nikru martın 13-də ETTELAAT İdarəsinə çağrılaraq dindirildikdən sonra məhkəməyə aparılıb.

Rəşt şəhərinin Ümumi və İnqilab Məhkəməsi milli fəala qarşı “hökumət əleyhinə təbliğat fəaliyyətləri” ittihamı irəli sürüb və 80 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmasına qərar verib.

Yaşar Nikru bundan öncə 2019-cu ildə də dinc mədəni fəaliyyətlərinə görə saxlanəlmış və təzyiqlərə məruz qalmışdır.

Yaşar Nikru sonuncu dəfə Rəştdə irqçi fars rejimin ETTELAAT İdarəsi tərəfindən tutulmuşdu. Fəal 16 gün saxlandıqdan sonra zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …