İran Ermənistanda keçirilən beynəlxalq tenderlərdə iştiraka dəvət olunub

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Ermənistanın İrandakı iqtisadi attaşesi Ermənistan və İran arasında çoxillik əlaqələrə toxunaraq deyib: “Hazırda iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir, lakin iqtisadi və ticarət əlaqələri kiçikdir və biz bu mübadilələri daha da artırmağa çalışmalıyıq”.

İranın sənaye, mədən və ticarət naziri martın əvvəllərində İranın qonşu ölkələrlə iqtisadi əlaqələrini yaxşılaşdırmaq və möhkəmləndirmək üçün xarici səfərlərini davam etdirərək, Ermənistana gedib.

İranın Ermənistana ixracının həcmi 500 milyon dollar təşkil edir, hər iki tərəfin fikrincə, bu həcmi 1 milyard dollara qədər artırmaq olar.

Ermənistanın İrandakı iqtisadi attaşesi Vardan Qustanyan “İRNA”ya açıqlamasında iki ölkə arasında əlaqələrin artırılması üçün yaxşı göstəricilərin olduğunu vurğulayıb: “2021-ci ildə 2020-ci illə müqayisədə qarşılıqlı ticarətin həcmi 25%, yəni 102 milyon dollar artaraq, 401 milyon dollardan 503 milyon dollara yüksəlib”.

İki ölkə arasında ticarət əlaqələrinin 1 milyard dollara qədər artırıla biləcəyini qeyd edən Qustanyan əlavə edib: “Əgər mübadilələri bu dərəcədə artıra bilsək, sonrakı addımlarda daha yüksək rəqəmlər işgüzar gündəmə gətirilə bilər”.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …