Cümə , Sentyabr 25 2026
azfa

Ruslar girov götürdükləri azərbaycanlı öyrəncini rus əsirlərin azad edilməsi şərtilə azad edəcəklərini deyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ruslar girov götürdükləri azərbaycanlı öyrənci Hüseyn Amin oğlu Abdullayevi rus əsirlərin Ukrayna tərəfindən azad edilməsi şərtilə azad edəcəklərini deyirlər. Bu barədə tələbənin əmisi Cahid Abdullayev bildirib.

“Bir saat bundan öncə qardaşım oğlu Hüseyn Abdullayevi girov götürənlər mənimlə telefonla əlaqə saxladılar. Dedilər ki, Ukraynada bizim əsirlər var. Əsirlər dəyişdirilən zaman Abdullayevi də rus əsirinə dəyişə bilərik” – deyə Cahid Abdullayev bildirib.

Qeyd edək ki, Marupolda öyrənci olan Hüseyn Amin oğlu Abdullayev ruslar tərəfindən girov götürülüb.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …