Bazar , Oktyabr 18 2026
azfa

İran rejimi azərbaycanlı siyasi məhbus Tohid Əmirəminiyə zindanda ciddi təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məmurları azərbaycanlı siyasi məhbus Tohid Əmirəminiyə zindanda ciddi təzyiq göstərirlər.

Telefon danışığı ilə yaxınlarına məlumat verən azərbaycanlı fəal Tohid Əmirəmini rejimi ETTELAAT məmurlarının təhdidləri ilə qarşılaşdığını deyib.

Azərbaycanlı siyasi məhbus martın 19-da ailəsi ilə qısa telefon danışığı zamanı bildirib ki, həbsdə saxlanıldığı 4-cü bölmədən ETTELAAT İdarəsinin təcridxanası sayılan 209-cu bölməyə köçürülüb və məmurların onu bir neçə saatlığa dindirib və hədələyiblər.

Onun sözlərinə görə, ETTELAAT məmurları ona əməkdaşlıq təklif edib və istəklərindən keçəcəyi təqdirdə onun buraxılmasına, maddi dəstək veriləcəyinə, işlə təmin olunmasına yardım edəcəkləri barədə vədlər verdiklərini söyləyib.

Azərbaycanlı siyasi məhbus deyib: “Ərdəbildən göndərilən məmurlar bir neçə saatlıq dindirmədən sonra susmayacağım və fəaliyyətimə davam edəcəyim halda həbs müddətimi uzadacaqları ilə hədələdilər”.

Əmirəmini rejimin məmurlarının bütün təkliflərini rədd etdiyini, fəaliyyətinə davam edəcəyini və məmurlara basqıların Azərbaycan xalqının iradəsini qıra bilməyəcəyini söylədiyini deyib.

Qeyd edək ki, azərbaycanlı fəal Kiyanuş Aslani, Tövhid Əmir Əmini ilə birlikdə 2019-cu il fevralın 20-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda poster payladıqları üçün irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi Tövhid Əmir Əminiyə “Sistem əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib, lakin digər ittihamı ilə bağlı çıxarılan həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Fəallar brilikdə 12 il yarım azadlıqdan məhrum edilib.

Tövhid Əmir Əmini 7.5 il, Kiyanuş Aslani isə 5 il həbsə məhkum edilib.

Bundan əlavə, Kiyanuş Aslani 2 il müddətinə bütün qruplara üzv olmaq hüququndan məhrum edilib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …