Şənbə , Sentyabr 26 2026
azfa

İrqçi fars rejimin müstəmləkə siyasəti kəskinləşib; İran Milli Mis Şirkəti Azərbaycanlılara verdiyi sözü tutmur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Azərbaycana qarşı müstəmləkə siyasəti o qədər kəskinləşib ki, rejimin öz məmurları da buna etiraf etməyə məcbur olurlar.

Güney Azərbaycanın Vərziğan şəhərinin cümə imamı Mehdi Purməhəmmədi İran Milli Mis Şirkətinin yeni sədri Əli Rüstəmi ilə görüşündə şirkətin azərbaycanlılara verdiyi sözü tutmadığını bildirib.

O, Süngün Mis Mədəninin yaxınlığında yerləşən şəhər və kəndlərin acınacaqlı durumuna toxunaraq, İranın Milli Mis Şirkətinin bölgənin infrastrukturunun yaxşılaşdırılması üçün tədbirlər görməsini istəyib.

Purməhəmmədi bundan öncə isə bir neçə dəfə Vərziğanın mədən gəlirlərindən bu bölgə üçün büdcə ayrılmadığını qınamışdı.

Purməhəmmədi Süngün Mis Mədəninin fəaliyyətinin əhaliyə heç bir xyirinin olmadığını, ondan əldə edilən gəlirdən işsizliyin, tibbi mərkəzlərin, yolların, içmıli suyun, kanalizasiya sisteminin və başqa vacib ehtiyacların həlli üçün ayrılmadığını bildirib.

Purməhəmmədi Şərqi Azərbaycan valisini də tənqid edərək deyib: “Müxtəlif çətinliklərdən əziyyət çəkən Vərziğan əhalisinin əyalət valisinə dəfələrlə müraciət etməsinə baxmayaraq o bölgəyə səfər etməyib”.

Purməhəmmədi həmçinin Süngün Mis Mədəninin işçilərinin hüquqlarının pozulduğunu diqqətə çatdırıb.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …