Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Rusiya ordusu Xersonda 60 kilometr geri oturduldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,”Rusiya qoşunları Krivoy Roq yaxınlaşanda sadəcə dayandırılmadılar, şəhərdən 40-60 km geri çəkildilər”. Bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr məlumat verib.

“Düşmən bütün istiqamətlərdə nəinki dayandırılıb, əksinə geri çəkilib. O, şəhərin ucqarlarındadır. Bu gün Xerson vilayətinin daha bir neçə yaşayış məntəqəsi azad edilib və işğalçılar daha 40 km-dən yaxında deyillər. Təmas xətti artıq Dnepropetrovsk vilayəti ilə sərhəddə deyil, Xerson vilayətidir”, – Vilkul bildirib.

O əlavə edib ki, Ukrayna hərbçiləri düşmənə xeyli ziyan vurub. İndi Ukrayna müdafiəsi üçün işləyəcək Rusiya texnikası ələ keçirilib.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara start verib.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …