Cümə axşamı , May 7 2026
azfa

İran rejimi azərbaycanlı uşağa Anar adına 7 ildən çoxdur şəxsiyyət vəsiqəsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi faşistcəsinə azərbaycanlı uşağa Anar adına 7 ildən çoxdur şəxsiyyət vəsiqəsi vermir.

Bu barədə azərbaycanlı milli-mədəni fəal İbraim Savalan öz sosial şəbəkə səhifələrində məlumat paylaşıb.

O yazır ki, “İki gün öncə Kəleybər şəhərindən olan və Tehranda yaşayan Anar Nemətpur və onun valideynlərinin qarşılaşdığı çətinliklərlə tanış oldum və ürəyim parçalandı. Anar 1393-cü il deyin 23-də Tehranın Arəş xəstəxanasında dünyaya gəlib.

Anarın valideynləri övladlarının dünyaya gəlməsindən 7 il 4 ay keçməsinə baxmayaraq adının türkcə olduğu üçün şəxsiyyət vəsiqəsi verilməyiblər.

Anarın məktəbə yazəılması üçün 3 ay vaxt qalmasına baxmayaraq İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyati İdarəsinin ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.

Rədd olsun rasizm!”

Qeyd edək ki, İran rejimi Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına öz dillərində ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …