Çərşənbə , Sentyabr 23 2026
azfa

Ukrayna Rusiyanın 23800 hərbçisini öldürüb 1048 tankını vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1048 tankı, 2519 zirehli döyüş maşını, 459 artilleriya sistemi, 152 reaktiv yaylım atəşi sistemi, 80 havadan müdafiə sistemi, 194 hərbi təyyarəsi, 155 helikopteri, 1824 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 271 dronu, 38 xüsusi avadanlığı, 84 qanadlı raketi məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 23800-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.

Həmçinin yoxlayın

ABŞ İranın blokadanın ləğvi tələbini rədd edib

GADTB: “Əl-Ərəbiyyə” kanalı iki ölkənin nümayəndə heyətlərinin Nyu-Yorkda keçirilən görüşündə iştirak edən amerikalı mənbəyə istinadla …

SEPAH müşavirləri Qırmızı dəniz sahillərinin ələ keçirilməsi zamanı husilərin yanında olublar

GADTB: Associated Press çərşənbə günü, 1 Mehr 1405-ci ildə (23 sentyabr 2026) məlumatlı mənbələrə istinadən …