Çərşənbə , Sentyabr 23 2026
azfa

Güney Azərbaycanın Traxtur komandasından vacib qələbə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası olduqca həssas mərhələdə Tehranın Həvadar komandasını məğlub edib.

Mayın 9-da Təbrizin “Səhənd” stadionunda İran Premyer Liqasının 26-cı həftəsində keçirilən yarışda Güney Azərbaycanın Traxtur klubu ilə Tehranın Həvadar klubu qarşılaşıb. Həmin yarışda Azərbaycan klubu 3-2 hesabı ilə qələbə qazanıb.

Beləliklə Traxtur 24 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü,  Həvadar klubu isə isə 31 xalla 9-cu pillədə qərarlaşıb.

Stadiona toplaşan azərbaycanlı tərəfdarlar komandanı ruhlabdırıb və müxtəlif şüarlar o cümlədən  “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarı səsləndiriblər.

Qeyd edək ki, hazırda Güney Azərbaycanın Traxtur komandasının baş məşqçisi  türkiyəli baş məşqçi Ərtoğrul Sağlamdır.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …