Təbrizdə milli şüarlar səsələndirilib, azərbaycanlı siyasi məhbuslara azalıq tələb edildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən axşam mayın 19-da Təbrizin Səhənd stadionunda İran Futbol Premyer Liqasının 28-ci həftəsinin yarışları çərçivəsində Azərbaycanın “Traxtur” komandası ilə Tehranın “Perspolis” komandaları arasında keçirilən yarışda azərbaycanlı tərəfdarlar milli şüarlar səsləndirib, azərbaycanlı siyasi məhbuslara, xüsusilə Abbas Lisaniyə azadlıq tələb ediblər.

Stadionda aşağıdakı şüarlar səsləndirilib:

“Türk dilində mədrəsə- olmalıdır hər kəsə”

“Yaşasın Azərbaycan”

“Azərbaycan var olsun- istəməyən kor olsun”

“Nə mutlu türkəm diyənə”

Azərbaycan diyarımız, Lisani iftixarımız” şüarları səsləndirilib.

İran rejiminin məmurları Azərbaycanın müxtəlif yerlərindən Təbrizə gələn azərbaycanlı tərəfdarların stadiona gəlməsinə mane olmaq üçün çox saylı maneəklər törətmişlər. lakin buna baxmayaraq çox sayda tərəfdar stadiona daxil ola bilib.

İran rejimi Səhənd stadionunda isə öz əlaltıları və Tehran komandasının oyunçuları vasitəsilə toqquşma yaradıb, Traxturu ləkələməyə çalışıblar.

Stadiona toplaşan minlərlə “Traxtur” tərəfdarı “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları səsləndiriblər.

Azərbaycanın Traxtur komandasının futbolçuları tərəfdarlara qarşı tərbiyəsiz əl hərəkətləri edən “Persepolis” oyunçularına etiraz ediblər.

Bir neçə futbolçu oyundan uzaqlaşdırılıb, qarşılaşma isə 72-ci dəqiqədə dayandırılıb. Bir neçə dəqiqə fasilədən sonra yenidən başlayan oyun gərgin keçdiyi üçün hakimlər qarşılaşmasının ləğv olunmasına qərar veriblər.

https://www.youtube.com/shorts/f2MSQ521eoY

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …