Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İran rejimi həbs etdiyi azərbaycanlı fəal Ruzbeh Piriyə imtahanlarına qatılmağa icazə verilmədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Təbrizdəki zindanında həbsdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri magistratura mərhələsində təhsil almaq üçün imtahanlara qatıla bilməyib. Rejimin zindanının rəhbərliyi onun müvəqqəti məzuniyyətə buraxılmasına icazə verməyib.

Rejimin Təbrizdəki zindanın 15-ci bölməsində həbsdə saxlanılan Ruzbeh Piri həbs olunmamışdan iki həftə öncə hüquq sahəsində magistr imtahanlarında iştirak etmək üçün sənəd vermişdi.

Ruzbeh Piri həbs olunduqdan sonra əlaqədar qurumlara və zindan məsullarına məktublar yazaraq qanuni hüququndan istifadə edərək mayın 20-də keçiriləcək imtahanlara qatılması üçün icazə verilməsini istəməsinə baxmayaraq bu baş tutmayıb. Beləliklə azərbaycanlı fəal təhsil hüququndan məhrum edilib.

Qeyd edək ki, İran ETTELAAT məmurları fevralın 12-də azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə hücum edərək onu həbs ediblər. Ruzbeh Pirinin həbsi isə “Sistemə müxalif qruplara üzvlük” ittihamı ilə şərlənərək, 3 il 8 ay həbs cəzasını məhkum edilməsi ilə bağlıdır. Azərbaycanlı fəal bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərə məruz qalmışdır.

Ruzbeh Piri “Təbriz” tələbə jurnalının baş redaktoru, “Müstəqil Tələbələrin İslam Cəmiyyəti” təşkilatının qurucularından biri və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisidir.

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …