Türkiyəyə qarşı çirkin Afrin yalanı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  “Zeytun budağı” hərəkatı zamanı Afrinin yaxınlığındakı Culiana Kilsəsinin və Brat Monastrının TSQ tərəfindən dağıdılması haqda yayılan xəbərlər həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

“Türkiyə Hava Qüvvələri sözügedən abidələrin yerləşdiyi ərazilərdə heç vaxt əməliyyat keçirməyib. Bu əsassız xəbəri yayanlar kiçik araşdırma aparsalar görərlər ki, Culiana Kilsəsi 2013-cü ildə silahlı qruplaşmalar tərəfindən dağıdılıb”, – açıqlamada deyilir.

Digər tərəfdən isə Suriyanın Tel Rıfat şəhərinin sakinləri və bir qrup ASO üzvü Türkiyə ordusuna çağırış edib. Tel-rıfatlılar Siccu-Azez yolunu bağlayaraq nümayiş keçiriblər və öz torpaqlarının terrorçulardan təmizlənməsi üçün Türkiyədən kömək istəyiblər.

Onlar “Zeytun budağı” əməliyyatının əhatə dairəsinin genişlənməsinin vacib olduğunu bildiriblər.

Qeyd edək ki, Afrindən qaçan bir qrup PKK-çı Tel Rıfata yerləşdikdən sonra terrorçular burada daha da möhkəmləniblər.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …

Bir cavab yazın