Bazar ertəsi , İyul 13 2026
azfa

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi Tehranın qərbindəki Tibbi Ekspertiza Mərkəzinə təqdim edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi qərarları icra edən şöbə tərəfindən Tehranın qərbindəki Tibbi Ekspertiza Mərkəzinə təqdim edilib.

Əlirza Fərşi özünün sosial şəbəkə hesabında 40 aylıq həbs müddəti ilə bağlı göndərilmiş bildirişlə əlaqədar müraciət etdiyi yazıb. O bildirib ki, həmin şöbənin məsulu Əmirhüseyn Tarian onun dosyesini araşdırılmaq üçün Tehranın qərbindəki Tibbi Ekspertiza Mərkəzinə təqdim edilib

Ə.Fərşi yazıb: “Cənab Əmirhüseyn Tarian vaxt itirmədən məni bir sıra izahatlar üçün Tehranın qərbindəki Tibbi Ekspertiza Mərkəzinə təqdim etdi və onlar mənim həbs şəraitinə uyğun və ya müalicəmi davam etdirməyimin uyğun olduğunu araşdırsınlar. O bildirdi ki, dosyemin birləşdirilməsi üçün Tehranda Apellyasiya məhkəməsinə  göndərilib”

Azərbaycanlı siyasi məhbusun gözündə ciddi problemlər yarandığı üçün o bir müddət öncə əməliyyat olundu.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi sağlamlığında problemlər yarandığı və gözündən əməliyyat olunması səbəbindən yanvarın 9-da Tehranın Fəşafuyə zindanından tibbi məzuniyyətə buraxılıb və məzuniyyət müddəti iki dəfə uzadılıb.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fə al “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib. O, 2020-ci ilin iyul ayının 21-dən bu günə kimi Tehranın “Fəşafuyə” zindanında həbs cəzasını çəkməkdədir.

Həmçinin yoxlayın

Təbrizin üç şirkətinin zərərçəkən investorları Tehranda etiraz aksiyası keçirdi; etirazçılar “Bayram vədi bəsdir, süfrəmiz boşdur” şüarı səsləndirdilər

GADTB: Təbrizin “Ayan”, “Lalə” və “Mümtaz” şirkətlərinin bir qrup zərərçəkmiş investoru Tehranda etiraz aksiyası keçirərək …

İran ərəb ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum etdi

GADTB: İranın qərb və mərkəzi bölgələrində yerləşən müxtəlif buraxılış məntəqələrindən regionun ərəb ölkələrinə qarşı genişmiqyaslı …