Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İran rejimi azərbaycanlı fəal Höccət İsmətzadəni həbs və şallaq cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi azərbaycanlı milli-mədəni fəal Höccət İsmətzadəni 2 il 6 ay həbs və 50 şallaq cəzasına məhkum edib.

Rejimin məhkəməsi azərbaycanlı fəalı Saxsıtəpə hadisələri barədə ifşaedici video yaydığı üçün cəzalandırıb.  

Qeyd edək ki, rejimin məhkəməsi fəalı yaxalayarkən şərləyərək ilkin olaraq “Qanunsuz qruplara üzv olmaq” da ittiham etmişdi.

İran rejiminin məmuları Güney Azərbaycannın Sulduz şəhərində yaşayan azərbaycanlı fəal Höccət İsmətzadəni noyabrın 24-də ETTELAAT İdarəsinə çağıraraq, orada həbs etmişdilər.

Höccət İsmətzadə daha öncə də mədəni fəaliyyətinə görə dəfələrlə çağırılaraq dindirilmişdi. Azərbaycanlı fəal bu il sentyabrın 4-də Sulduzun Saxsıtəpə kəndində baş verən hadisələrə görə rejimin məmurları tərəfindən tutulub, sentyabrın 5-də axşam saatlarında müvəqqəti zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …