Çərşənbə , Sentyabr 23 2026
azfa

Ermənistan Azərbaycanın Kəlbəcər bölgəsini atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Hazırda bütün istiqamətlərdə vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.

“Ermənistan tərəfi öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə iriçaplı silahlardan istifadə edərək dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır.

Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – nazirlik bildirib.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …