Bazar ertəsi , İyul 27 2026
azfa

İran rejiminin törətdiyi maneələrə baxmayaraq Babək qalasında milli mərasimlər keçirilib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən İran rejimin törətdiyi maneələrə baxmayaraq günorta saatlarından başlayaraq Babək qalası ətrafında azərbaycanlı fəallar və əhalinin mərasimləri keçirilir.

İran rejiminin interneti kəsməsi və bölgəni hərbi poliqona çevirməsi nəticəsində xəbərlərin çatdırılmasına maneələr yaranıb. Lakin çətinliklə çadırılan məlumatlara əsasən rejimin məmurları çox sayda insanı yaxalayıb, bir sıra fəalların mobil telefonu və s. əşyaları müsadirə edilib. həmçinin çox sayda insan zorla geri qaytarılıb, mərasimdə iştirak etməkdə israr edən onlarla insan həbs edilib.

İran rejimi qurultayın qarşısını almaq üçün xüsusi təyinatlı və ETTELAAT qüvvələrini bölgəyə yerləşdirib. Qalaya gedən yollar və Kəleybər şəhərinin giriş-çıxışında rejimin məmurları postlar quraraq, insanların yoxlayır. Bu da mərasimlərin istənilən səviyyədə keçirilməsinə mane olur. Lakin buna baxmayaraq, minlərlə insan qala ətrafı meşələrdə mədəni tədbirlər keçirir və birlikdə Azərbaycan milli marşı və mahnılarını ifa edirlər.

Fəallar saxlanılanların hamısının kimliyinin dəqiqləşdirilməsinin hələlik çətin olduğunu və onların kimliyini müəyyənləşdirəndən sonra ümumi məlumat yayacaqlarını bildirirlər.

https://www.youtube.com/shorts/KDEL8rXpcu0

Həmçinin yoxlayın

ABŞ İranda etirazçıların edamlarının dayandırılmasını istədi

GADTB: ABŞ Dövlət Departamenti İranda etirazçılara qarşı tətbiq olunan edam cəzalarını tənqid edərək, siyasi məhbusların …

İsrailin sabiq baş naziri: İranla müharibə zamanı internetə çıxışın davamlılığını təmin etməli idik

GADTB: “Ynet” nəşrinin məlumatına görə, İsrailin sabiq baş naziri Naftali Bennett İsrail Milli Təhlükəsizlik Araşdırmaları …