Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı məhbus Babək Dadbəxş müalicə hüququndan məhrum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 16 illik həbs cəzasını İran rejiminin Ərdəbildəki zindanında keçirən Babək Dadbəxş psixi və s. xəstəliklərdən ciddi əziyyət çəksə də, onun müalicəsi üçün icazə verilmir.

İranın müxtəlif zindanlarında işgəncələrə məruz qalan və ağır psixi xəstəliklərdən əziyyət çəkən Dadbəxşin sağlıq durumunun ağır olduğu bildirilir.

Lakin zindan rəhbərliyi məhbusun müalicəsinə və tibbi məzuniyyətə buraxılmasına icazə vermirlər.

2018-ci ilin noyabr ayında Tehranda rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan ərdəbilli məhbus rejimin  ETTELAAT İdarəsinin təcridxanasında işgəncə verildikdən sonra İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Evin zindanındakı 209-cu bölməsinə köçürülüb. O, bir neçə ay təkadamlıq kamerada saxlanılıb və 16 fevral 2019-cu ildə Kərəc şəhərinin “Rəcaişəhr” zindanına köçürülüb.

Babək Dadbəxş 2020-ci ilin fevralında Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində mühakimə olunub və İslam Cəza Qanunun 134-cü maddəsi ilə 16 ilinin mütləq icra edilməsi şərtilə 43 il həbs cəzasına məhkum edilib. Babək Dadbəxş “müharibə, yer üzündə fitnə-fəsad yaymaq və ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq”da ittiham olunub.

Ərdəbil şəhərindən olan azərbaycanlı məhbusun ailə üzvləri və bacısının yaydığı açıq məktubda ona qarşı irəli sürülən ittihamların əsassız olduğu, Babəkin dinc və özünə qapalı həyat tərzi yaşadığı qeyd olunub.

Babək Dadbəxş 2019-cu ilin may ayında İran Məhkəmə Sisteminin sədrinə yazdığı açıq məktbda özünə qarşı irəli sürülən ittihamların saxta olduğunu deyib.

 41 yaşı olan Babək Dadbəxş evli və 2 övladı olub. Lakin keçirdiyi qəzada həyat yoldaşı və övladlarından birini itirib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …