Cümə axşamı , May 2 2024
azfa

Sayın Mikayil Oyta və Sara xanım Azərsunun avstraliyalı millət vəkili Paul Ly-lə görüşü

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən iyul ayının 5-də Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti sayın Mikayil bəy Oyta və GADTB Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun Avstraliya Yeni Güney Uelz əyaləti parlamentinin millət vəkili Paul Lynch-in dəvəti ilə həmin millət vəkilinin ofisində görüş keçiriblər.

Görüşdə avstraliyalı millət vəkili dövlətin və özünün gördüyü işlər barədə hesabat verib. Həmçinin sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun da azərbaycanlıların aşağıdakılardan ibarət istəklərini irəli sürdülər:

  1. Azərbaycan və Avstraliyanın diplomatik əlaqələrinin 30 illiyi Parlamentdə səsləndirilsin;
  2. Azərbaycan icmasi və Yeni Güney Uelz (NSW) parlamentinin dostluq qurupu yaradılsın;
  3. Azərbaycandan Avstraliyaya gələn Azərbaycan Diaspora Komitəsinin rəhbəri cənab Fuad Muradovla görüş təşkil edilsin.

Həmçinin görüşdə  Paul Lynche bildirmişdir ki, Azerbaycan Avstraliyada dəhşətli  meşə yanğınında bu ölkəyə yardım etmişdir və bunun üçün də Azərbaycana təşəkkür etdi. O Azərbaycandan çox sayda öyrəncinin də Avstraliyaya gəldiyini qeyd etdi. Sonda millət vəkili Azərbaycana səfərə dəvət edildi.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …