Çərşənbə , Sentyabr 23 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Urmiya gölünün qurudulması ilə bağlı bildirişi

GADTB: İranın irqçi və işğalçı rejimi türkün əsas beşiyi hesab edilən Urmiya gölü hövzəsində qəsdən yanlış idarəetmə və gölə axan çayların qarşısında bənd tikməklə Urmiya gölünü qurudur. Bu isə ekspertlərin də etiraf etdiyi kimi Azərbaycanda həyatın məhv olması və ümumiyyətlə 15 milyon insanın yaşadığı böyük bir ərazinin yaşamağa mümkün olmayacağı əraziyə çevrilməyi deməkdir. Əslində müstəmələkəçi fars rejimi səbəbkarı olduğu bu ekoloji fəlakətdə ancaq Azərbaycanın bütün sərvətlərini talamağı düşünür və onun üçün Azərbaycanın məhv olması heç bir önəm daşımır.

Bu haqsızlığı və düşmənçiliyi görən Azərbaycan Türk Milləti haqlı olaraq Urmiya gölünün İranın irqçi və işğalçı rejimi tərəfindən qurudulmasına həssas yanaşıb və hazırda da bu həssaslıq davam edir. On ildən artıq bir dövrdə dəfələrlə Güney Azərbaycanın müxtəlif şəhərlərində Urmiya gölünün qurtarılması tələbi ilə etirazlar keçirilib. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) də hər zaman Azərbaycan Türk Millətinin bu haqlı etirazlarını dəstəkləyərək, Urmiya gölünün qurudulması ilə bağlı irqçi fars rejimə xəbərdarlıq etmişdir. Lakin İranın müstəmləkəçi fars rejimi bu etirazlar qarşısında qurutduğu Urmiya gölünün bərpasına söz versə də, öz sözünə də əməl etməyib, əksinə gölün qurudulması prosesini sürətlə həyata keçirməkdədir. İran rejimi həmçinin Urmiya gölünü qurutmamağa çalışdığı dövrdə körfəzdən farsların yaşadığı səhralıqlara milyardların xərclənməsi ilə su çəkir.

Yuxarıda qeyd olunan reallıqları görən Azərbaycan Türk Milləti, bu millətin Güney Azərbaycan və xaricdəki hərəkat liderləri və fəalları haqlı olaraq son günlərdə Urmiya gölü ilə bağlı artıq dözülməz vəziyyətin yarandığını və biçağın sümüyə dayandığını hiss edirlər. Ona görə də, gölün qurtarılmayacağı təqdirdə qiyamdan başqa yol qalmadığını etiraf edirlər.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) hər zaman olduğu kimi Azərbaycan Türk Milləti, bu millətin Güney Azərbaycan və xaricdəki hərəkat liderləri və fəallarının tələb və istəklərini dəstəkləyib, onların yanında olduğunu bildirir. Kimsəyə sirr deyil ki, müstəmləkəçi fars rejimi hər bir halda düşmən olaraq Azərbaycanın və Azərbaycanın Türk Millətinin məhvi üçün çalışır. Belə qanlı düşməndən qurtarmağın yolu isə haqlı mübarizə ilə Güney Azərbaycanı müstəqilliyə qovuşdurmaqdır. GADTB bu haqlı yoldu bütün millətimizi birliyə və vətənimizlə millətimizi qurtamağa çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …