Çərşənbə , Oktyabr 21 2026
azfa

Urmiya gölü ilə bağlı “twitter fırtınası” kampaniyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Urmiya gölünün qurudulmasına qarşı “twitter fırtınası” kampaniyasına başlayır.

Sosial şəbəkələrdə yayılan çağırışlara görə, şənbə  iyulun 9-u, Təbriz vaxtilə gecə saat 21:00, Bakı vaxtilə saat 20:30-dan Urmiya gölü ilə bağlı twitterdə “#Save_Urmia_lake” həştaqı ilə  kampaniya başladılacaq.

Kampaniyadan məqsəd Urmiya gölünün qurudulmasına və Azərbaycanın ekoloji fəlakətlə qarşı-qarşıya qalmasına diqqət yönəltmək və irqçi fars rejimi gölü qurtmağa çalışmasını durdurmaqdır.

Qeyd edək ki, İran rejimi Urmiya gölünə axıan çayların qarşısını kəsməklə gölü qurudub və azərbaycanlı faəlların etirazından sonra isə gölün bərpasına söz versə də, sözünü tutmayıb. əksinə rejim körfəzdən farsların yaşadığı səhralıqlara milyardlar xərcləməklə su çəkir.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …