Bazar ertəsi , May 20 2024
azfa

Urmiyada möhtəşəm mitinq: “Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 16-da axşam saatlarında Güney Azərbaycanın Urmiya şəhərində rejimin şəhəri hərbi poliqona çevirməsinə baxmayaraq möhtəşəm mitinq keçirilib.

Mitinqə qatılan insanlar “Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir”, “Urmu gölü susuzdu- Azərbaycan oyanmasa uduzdu” və s. şüarlar səsləndirməklə İran rejiminin Urmiya gölünü qurutmasına etirazlarını bildirdilər.

Mitinqin baş tutmasının qarşısını almaq üçün şəhərin mərkəzi küçə və meydanlarına çox sayda texnika və xüsusi təyinatlı qüvvələr yeridilimiş, şəhərin bir çox yerlərində, xüsusilə mərkəzi küçələrdə internet və telefon xidmətləri məhdudlaşdırılmışdır.

Mitinqi dağıtmaq üçün mərkəzə gətirilən məmurlara və hökumət məsullarına qarşı mitinq iştirakçıları “bişərəf, bişərəf” şüarları səsləndirirlər. Ərdəbil, Təbriz, Sulduz, Qoşaçay və s. şəhərlərdə də mitinqlər keçirməyə cəhd olunub, lakin rejim həmin şəhərləri hərbi poliqona çevirdiyi üçün mitinq keçirmək istəyən çox sayda əhali həbs olunub.

https://www.youtube.com/shorts/iF0yPdPeVB8

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəalı indi də sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə həbs etdiyi …

Yerli əhalinin kürd terrorçuların təhrif etdiyi Azərbaycan kənd adlarını qaytarmq üçün mübarizə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas bölgəsində İran rejimi və kürd …