İnsan qəssabları Putin, Xamenei və Əsəd PKK terror təşkilatı ilə bitrgə Türkiyə sərhəddinə qoşun yeridir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Suriyaya qarşı yeni əməliyyata hazırlaşması bölgədə ciddi aktivliyə səbəb olub. İnsan qəssabları Putin, Xamenei və Əsəd PKK terror təşkilatı ilə bitrgə Türkiyə sərhəddinə qoşun yeridib. Bu barədə Haberler.com nəşri məlumat yayıb.

“Onurğasını terror təşkilat PKK/PYD/YPG-yə dayayaraq Suriya Demokratik Qüvvələrinə dəstək verməyə qərar verən Suriya prezidenti Bəşər Əsədin əsgərləri Fəratın şərqində Türkiyə sərhədinə yaxın bir bölgəyə əllərində bayraqlarla yerləşdirilib. Xaos və zorakılığın on ildən artıqdır davam etdiyi Suriyada mobillik davam edir. Ankaranın Suriyanın şimalında hərbi əməliyyata hazırlığı Suriya lideri Bəşər Əsədi terror təşkilatları ilə əl-ələ verərək yürüş etməyə sövq edib”, – deyə nəşrin məlumatında qeyd olunub.

Bundan əlavə Böyük Britaniyanın “Reuters” xəbər agentliyi fotoşəkillərlə Suriya əsgərlərinin əllərində Suriya bayraqları ilə Türkiyə sərhədinə yaxın bölgəyə yerləşdirildiyini elan edib.

Bununla belə “Reuters” xəbər agentliyinin dərc etdiyi fotolarda Türkiyə sərhədinə əsgərlərlə yanaşı ağır silahlı texnikanın da göndərildiyi diqqət çəkib.

Digər tərəfdən, Rusiya helikopterlərinin bölgədə patrul xidməti apardığı bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 iyul İranın paytaxtı Tehranda Rusiya lideri Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi ilə görüşüb. Bu görüşdən sonra Ərdoğan təhlükəsizlik təhdidinə görə Suriyada əməliyyatın gündəmdə olduğunu vurğulayıb. Ərdoğan may ayında onurğasını terror təşkilatlarının təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin bölgədən uzaqlaşdırılması üçün yeni hərbi əməliyyatın keçiriləcəyinə işarə etmişdi.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …