Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İsrail Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfirinin hədəsinə reaksiya verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfirini Təbrizlə bağlı paylaşım etdiyinə görə hədələməsinə münasibət bildirib.

İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə departamentinin müavini Coşua Zarka sosial şəbəkələrdə paylaşım edib.

O, İranın Azərbaycandakı səfiri Abbas Musəvinin İsrail səfiri Corc Dikin Təbrizlə bağlı kitabın fotosunu yaymasına görə etdiyi paylaşımına reaksiya verib.

“İran bir terrorçunun həbsinə görə İsveç vətəndaşlarını qaçırmaqla hədələyir. İranın Azərbaycandakı səfiri kitab oxuduğu üçün səfirimizi təhdid edir. Bu rejim ölkəni və xalqını, o cümlədən Təbrizi ən pis həddə çatdırıb və hamı ilə qarşıdurmalar yaradıb”-deyə, Coşua Zarka yazıb.

Qeyd edək ki, bir neçə gün öncə İsrailin Bakıdakı səfiri Corc Dik Tvitter səhifəsində maraqlı paylaşım etmişdi.

Səfir “Təbrizin sehrli nağılları” kitabını oxuyarkən çəkilən fotosunu bu sözlərlə paylaşmışdı:

“Bu yaxınlarda mənə ərmağan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz bu günlərdə nə oxuyursunuz?”

Corc Dikin paylaşımından dərhal sonra İranın Azərbaycandakı səfiri Abbas Musəvi ona cavab vermişdi:

“Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …