Bazar ertəsi , May 4 2026
azfa

Abbas Lisani Təbriz universitetlərinin öyrənciləri ilə görüşdə: “Biz öz varlığını qorumaq uğrunda mübarizə aparan millətik”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz universitetlərinin bir qrup öyrəncisi və Azərbaycan Universitetləri Birliyinin üzvləri tibbi məzuniyyətdə olan azərbaycanlı siyasi məhbus Abbas Lisani ilə görüşüblər.

Abbas Lisani görüşdə öyrəncilərin suallarını cavablandırarkən onları daha geniş mütaliyəyə və vacib məsələlər barədə tədqiqat fəaliyyətlərini genişləndirməyə çağırıb.

Tanınmış azərbaycanlı siyasi məhbus öyrəncilərin Azərbaycan Milli Hərəkatı ilə bağlı qayğılarını duyub, suallarını dinləyərək, onları cavablandırıb və ümumi bu barədə fikir mübadiləsi aparılıb.

Abbas Lisani öyrəncilərdən birinin sualının cavabında deyib: “Biz dəqiq olaraq ifrat millətçiliyə qarşı  mübarizə aparırıq, başqa xalqların milli, təbii və insani haqlarını inkar edən, şovinist təfəkkürə doğru irəliləyən, faşizmə çevrilmiş ifrat millətçiliyə qarşı açıq və obyektiv mübarizə aparırıq”.

Abbas Lisani həmçinin deyib ki, Güney Azərbaycan milli hərəkatında olan nisbi millətçilik özünü müdafiə xarakterlidir və bu insan haqları baxımından da öz kimliyini qorumaq üçün legitim sayılır. Biz yalnız özümüzü və öz kimliyimizi qorumağa çalışırıq: “Farsların ifrat millətçiliyi bütün qeyri-fars millətlərin, xüsusilə də türk millətinin kimliyini yox etmək üçün bütün vasitələrdən istifadə edən oktapod kimidir.

Qeyri-fars millətləri özlərinə nifrət və yadlaşma mərhələsinə gətirən həmin şovinist təfəkkür fars millətini sistemli şəkildə üstün mövqeyə qaldırıb və fars millətinə qarşı ən çox xəyanətə yol verib”.

Lisani fars ziyalıları və fikir adamlarının bu ifrat millətçiliyə çarə yolları axtaracaqlarına ümid etdiyini bildirərək deyib: “100 ildir başqa millətləri millətçilikdə günahlandıraraq onları tərk silah etməyə çalışmaqdansa öz xalqlarının iranşəhri adı ilə özünü büruzə verən ifrat faşizm xəstəliyinə dərman tapmaları üçün çalışmaları zəruridir”.

Həmçinin yoxlayın

Tehranın danışıqlarda geri addım atdığı bildirilir: uranın zənginləşdirilməsinin dayandırılması və Hörmüzün açılması təklif edilib

GADTB: Yayılan məlumatlara görə, İran müharibənin başa çatdırılması üçün irəli sürdüyü yeni təklifdə uranın zənginləşdirilməsinin …

İran sahilləri yaxınlığında yük gəmisinə hücum edildiyi bildirilir

GADTB: Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı bazar günü açıqlama yayaraq İran sahilləri yaxınlığında hərəkətdə …