Alban yazarı Kirakosun qısa özülü və əsəri

GADTB: Giraqosun özünün yazdığına görə, o, müəllimi Vanağan və Vanağanın digər şagirdləri ilə birlikdə tatarlara əsir düşmüş və əsir olduğu dövrdə, əsirlikdən qaçana qədər tatar bəylərindən birinin mirzəsi və katibi olmuşdur. Bu fakt albanların dilinin hansı dil olduğunu göstərən ən gözəl faktlardan biridir. Görünür, albanların öz dillərini həm də “tatar dili” adlandərmasının səbəblərindən biri də eyni dildə danışmaları olub. Məlumat üçün bildirək ki, tatar dili də qıpçaq dillərinə aid edilir. Hərçənd ki, onlar rəsmi dil kimi uyğur türkcəsindən istifadə etmişlər. Çingiz xanın

dövrümüzədək ulaşan şeirləri də məhz uyğur türkcəsindədir. Tatar xanlarının əldə olan məktub və fərmanları da həmin dildədir.

F. Məmmədova alban ədəbiyyatının və tarixşünaslığının bu görkəmli nümayəndsi haqqında yazır ki, “Alban ədəbiyyatnın digər nümayəndəsi Kirakos Gəncəlidir… Mxitar Qoşun şagirdi Vanakanın yanında təhsil almış, ömrünün böyük hissəsini orada keçirmişdir”.

Giraqosun dövrümüzədək alban (qarqar-qıpçaq) dilində yetişmiş “Tövbə duası” əsəri Polşadakı Milli Muzeyin kitabxanasının Krakov şöbəsində qorunan 2412 №-li əlyazmada, Vyanadakı Mxitaristlər İttifaqında qorunan 143 №-li və 545 №-li, eləcə də Vensiyada saxlanılan 1126 №-li əlyazmalarında da yer almaqdadır.

Venesiya variantında eyni mətn “Ögüt Giraqos vartabedninq” başlığı altında keçir (Tuncay B., 2010, s. 169-170).

       Giraqos vartabedninq tüzgəni

“Ögüt Giragos vartabedninq ki ne türlü kerək xosdovanel bolma yazıxlardan”

Tiyəsidir kristanlarğa, ne çaxta barma kləsə xosdovanutiunğa, uç türlü nemə esinə keltirməx kerək.

Əvəl munı: “Bu xosdovanutiunnu ki, aytırmen, Tenqrininq alnınadır da kahananınq, da bu kahana xaysın ki baylasa munda, baylıdır köktə Tenqrininq alnına, da xaysın ki çeşsə munda,

çeşövlüdür köktə Tenqrininq alnına, ne türlü ki Biyimiz Krisdos buyuruptпr”.

Da ekinci, asrı xonarhlıx bilə tüşməx kerək kahananınq alnına yüzü üstünə, zera yazıxnınq xılınmaxı öktəmliktir u poşmanlıx da xosdovanutiun xonarhlıxtır, ne türlü ki anarag oğul atasına meğağa keldi u tamğaçı dacarda boşatlıx taptılar Tenqridən.

Da üçünci, esinə keltirgəy ol künnü ki, ne kün xosdovanel boluptur əvəldən u sağışlağay ki, neçə vaxttır, yıl mıdır, yarım mıdır, bir ay mıdır, yarım mıdır, da neçə ki esə, barça yazıxların sağışlağay, da başlap ol kündən aytkay birərbirər, kecə mi yoluxuptur, yoxsa kündüz, da aytkay künün də, yıxkün mi edi, yoxsa ulukün mi edi, oruc mi edi, da aytkay yerin də yazıxnınq, ari mi yer edi, yoxsa aruvsuz, da aytkay yazıxnınq oxşaşın ki, ol yazıxka kendi mi səbəp boldu, yoxsa özgə.

Da xaçan barsa din atanınq alnına, üç kezcundur xoyğay Ata Oğul Ari Cannınq atına, andan sonqra, çöküp, başı açıx, kahananınq alnına xosdovanel bolğay yaş bilə, neçik Tenqrigə, da ol boşatkay garkınınq buyruxu bilə, necik Tenqri.

Da aytkay əvəldən surp Lusavoriçninq uğajpardinininq tavanutiunun surp arakellərninq qanonkundan, xaysı ki bu türlüdür. (Tuncay B., 2010, s. 167-168).

Bəxtiyar Tuncay,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …