Çərşənbə , May 6 2026
azfa

Azərbaycanın mədəni irsini oğurlayan işğalçı Ermənistan və İran birgə mədəniyyət və yemək festivalı keçirəcəklər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın yemək və s. mədəni irsini oğurlayan işğalçı Ermənistan və İran birgə mədəniyyət və yemək festivalı keçirəcəklər.

Avqustun 10-11-də “Sünik” (Qərbi Zəngəzur) vilayətinin Sisian şəhərində Ermənistan və İranın “Navasərd” adı altında mədəniyyət və yemək festivalı keçiriləcək. “ArmenPress” Ermənistanın Turizm Federasiyasına istinadən xəbər yayıb ki, festival iki gün davam edəcək.

Festivalda iştirak edən Ermənistan və İran komandaları ilk gün stendlərdə guya Urartu-Əhəmənilər dövrünə aid yeməklərini və onların tarixləri haqqında bilgiləri hazırlayıb təqdim edəcəklər. Bununla yanaşı, festivalda rəqs, musiqi, sənət əsərləri və əl işləri də təqdim ediləcək.

Sözügedən festivalın əsas hissəsindən öncə müxtəlif nominasiyalar üzrə iştirakçı komandalar arasında yarış keçiriləcək və festivalın sonunda mükafatlandırma mərasimi təşkil olunacaq.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …