İrqçi fars rejimin məmurları azərbaycanlı fəal Şükrüllah Qəhrəmanifərdi həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları Güney Azərbaycanın Xudafərin şəhərindən olan azərbaycanlı milli fəal Şükrüllah Qəhrəmanifərdi avqustun 1-i səhər saatlarında həbs etdi.

Azərbaycanlı fəalın yaxınlarının verdiyi məlumata görə, İranın ETTELAAT İdarəsinin 8 məmuru  Şükrüllahın evinə hücum edərək onun evində axtarış aparıblar.

Məmurlar azərbaycanlı fəalın mobil telefonunu, kompüteri və kitabları, eləcə də başqa şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar.

Şükrullah Qəhrəmanifərdin haraya aparıldığı və nədə ittiham olunduğu barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Şükrüllah Qəhrəmanifərd bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs və təzyiqlərlə\ qarşılaşıb.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …