Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Çinin soyqırıma məruz qoyduğu uyğur türklərinə dəstək mitinqi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Türküstan Yeni Nəsil Hərəkatı və Beynəlxalq Şərqi Türküstan Vətəndaş Cəmiyyəti Təşkilatları Birliyi Çinin işğalına son qoymaq üçün Saraçhane parkında toplaşıb.

Basın açıqlamasında Çin prezidenti Si Cinpin “soyqırımı dərhal dayandırmağa” çağrılıb.

Şərqi Türküstan Yeni Nəsil Hərəkatı və Beynəlxalq Şərqi Türküstan Vətəndaş Cəmiyyəti Təşkilatları Birliyi “Uyğurlar üçün ayağa qalx” şüarı ilə beynəlxalq kampaniyaya başlayıb. Çinin təcavüz və soyqırımına yox demək üçün Saraçhane parkında təşkil edilən mətbuat açıqlamasında bir çox ölkədə eyni vaxtda etiraz nümayişlərinin keçirildiyi bildirilib.

“Sızılan sənədlər soyqırımın olunduğunu açıq gösterir”

Şərqi Türküstan Yeni Nəsil Hərəkatının rəhbəri Abdüsselam Teklimakan, işğalçı Çinin soyqırım törətdiyinə dair çoxlu insan haqları hesabatlarının olduğunu ifadə edərək, “Şərqi Türküstan xalqı 2008-ci ildən çox müddətdir assimilyasiya, qırğın, soyqırım və digər insan haqları pozuntularına məruz qalıb. 70 il Çin işğalı altında günahsız insanlar həbs düşərgələrində həbs edildi. Sistemli soyqırım uyğur, qazax, qırğız və digər etnik qruplara qarşı kütləvi qətllər, beyinlərin yuyulması, ailələrin dağılması, ömürlük həbs, orqan oğurluğu, cinsi təcavüz, məcburi əmək və saysız-hesabsız cinayətlər yolu ilə həyata keçirilir. “Bir çox insan haqları hesabatları, kütləvi həbs düşərgəsinin şahidləri və “Xi Jiang polis faylları” kimi sızdırılmış sənədlər soyqırımın törədildiyini açıq şəkildə göstərir”.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …