Cümə , Avqust 21 2026
azfa

İran rejimi azərbaycanlı körpəyə türkcə “Atahan” adına görə doğum şəhadətnaməsi verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Urmiya şəhərində yaşayan Məhəmməd Muxtariyə öz oğluna oğluna Atahan adı seçdiyi üçün doğum şəhadətnaməsi verməkdən boyun qaçırır.

Məhəmməd Muxtari dəfələrlə İranın Qərbi Azərbaycandakı Vətəndaş Vəziyyətlərinin  Qeydiyyatı İdarəsinə müraciət etməsinə baxmayaraq, oğluna Atahan adına doğum şəhadətnaməsi ala bilməyib

Rejimin Vətəndaş Vəziyyətlərinin  Qeydiyyatı İdarəsibdəki işçiləri uşağa farsca və ya siyahıda olan başqa bir adı seçmələrini təklif etsələr də, Atahanın valideynləri bunu qəbul etməyib. Nəticədə irqçi fars rejim azərbaycanlı körpəyə türkcə “Atahan” adına görə doğum şəhadətnaməsi verməyib.

Qeyd edək ki, İran rejimi Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına öz dillərində ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …