Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İranın Zəngəzur dəhlizi ilə bağlı təhdid dolu açıqlaması

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın beynəlxalq məsələlər üzrə siyasi şərhçisi Ehsan Movəhhedian İranın SƏHƏR-Azərbaycan telekanalına müsahibəsində bölgədə gedən proseslərlə bağlı bir sıra açıqlamalar verib.

Belə ki, o öz “Twitter” hesabında yazıb: “SƏHƏR televiziya kanalında yayımlanan “Hüquq jurnalı” verilişində İranın Zəngəzur dəhlizinin yaradılmasına qarşı həssaslığının səbəblərini və bu kontekstdə Türkiyə ilə Bakının ambisiyalarını şərh etdim”.

“Habelə qeyd etdim ki, hətta Ermənistanın özü İranla bu sərhədi saxlamaqda ciddi iradə ortaya qoymasa belə, İran onu qorumaq üçün bütün mümkün üsullardan istifadə edəcək”,-deyə Movəhhedian üstüörtülü şəkildə təhdid mesajı çatdırıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …