İranın həbs etdiyi azərbaycanlı fəal Mahmud Mahmudi 1 milyard tümənlik vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Mahmud Mahmudi (Ərkin Haray) 1 milyard tümənlik vəsiqə qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Azərbaycanlı fəalın yaxalanma səbəbi, onun nədə ittiham edildiyi və nə zaman zaminə buraxıldığı barədə dəqiq məlumat verilmir.

İranın ETTELAAT məmurları fəalı yaxalayandan sonra onun ailəsini hədələyib və yaxalanma barədə məlumat sızdırmamağa məcbur ediblər.

Bundan öncə isə AN.T kanalı Babək Qalası Qurultayı keçirilən zaman terrorçu Sepah-ın ETTELAAT-nın fəalı yaxaladığı barədə məlumat yaymışdı.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …