Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəal Ruzbeh Pirini xəstəxanaya köçürülməyə mane olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimi həbs etdiyi azərbaycanlı fəal Ruzbeh Pirini xəstəxanaya köçürülməyə mane olur.

Rejimin Təbrizdəki zindanının 12-ci bölməsində həbsdə saxlanılan azərbaycanlı milli fəal Ruzbeh Pirinin xəstəliyinin kəskinləşməsi üzündən xəstəxanaya köçürülməsi tövsiyə edilib.

Mədə xəstəliyindən əziyyət çəkən Ruzbeh Pirinin son günlər vəziyyəti olduqca ağırlaşıb. Zindanın klinikasında fəalı müayinə edən həkimlər onun zindandan qıraqda müalicə olunması zəruriliyini bildiriblər.

Lakin yazılı həkim rəyinə baxmayaraq, zindan rəhbərliyi azərbaycanlı siyasi məhbusun yenidən həbsdə saxlanıldığı bölməyə qaytarılmasına göstəriş verib.

Qeyd edək ki, İran ETTELAAT məmurları fevralın 12-də azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə hücum edərək onu həbs ediblər. Ruzbeh Pirinin həbsi isə “Sistemə müxalif qruplara üzvlük” ittihamı ilə şərlənərək, 3 il 8 ay həbs cəzasını məhkum edilməsi ilə bağlıdır. Azərbaycanlı fəal bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərə məruz qalmışdır.

Ruzbeh Piri “Təbriz” tələbə jurnalının baş redaktoru, “Müstəqil Tələbələrin İslam Cəmiyyəti” təşkilatının qurucularından biri və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisidir.

Həmçinin yoxlayın

“Elektra” tamaşasının dramaturqu: Təbriz teatrının dili türkcə olub

GADTB: Türkcə səhnələşdirilən “Elektra” tamaşasının dramaturqu Mehdi Vəlizadə Fərd Təbrizdə teatr dilində baş verən dəyişikliklərə …

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …