Ukrayna Rusiyanın 1817 tank və 4076 zirehli döyüş maşını məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 167-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 42640 hərbçi, 1 817 ədəd tank, 4076 ədəd zirehli döyüş maşını, 964 ədəd artilleriya sistemi, 261 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 133 hava hücumundan müdafiə sistemi, 223 ədəd hərbi təyyarə, 193 ədəd helikopter, 2 998 ədəd avtomobil texnikası, 757 ədəd PUA, 185 qanadlı raket, 15 gəmi/qayıq, 87 xüsusi avadanlıq itirib.

Bu arada Ukrayna da gündəlik tələfatını açıqlayıb. Ukraynaya Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib: “Hər gün cəbhədə 30-50 nəfər ölür. Amma yenə də bu barədə danışmaq bizim üçün düzgün deyil. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı neçə nəfərin öldüyü ilə bağlı konkret rəqəmləri verə bilər”, – Podolyak bildirib.

Podolyakın sözlərinə görə, iyunda ağır itkilərə səbəb müharibənin ikinci mərhələsinə keçid, artilleriya müharibəsinin başlaması və düşmənin Ukrayna mövqelərini bombardman etməsi ilə bağlı idi:

“Ancaq bu gün itkilərin sayı azalır. Birincisi, ona görə ki, bizim reaktiv yaylım atəş sistemləri Rusiya ordusunun logistika mərkəzlərində çox səmərəli işləyir. İkincisi, Rusiya ordusu bütün cəbhə xətti boyunca yenidən yerləşdirilir. Üçüncüsü, bizimkilər artıq rus ordusunun taktikasına uyğunlaşıb və daha mobil, daha effektiv müdafiə olunurlar”.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …