Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İran rejimi Qaşqay mədəni fəal Xameneini tənqid etdiyi üçün həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay mədəni fəalı Arəş Pənahpur Dərəşorlu irqçi fars rejimin qüvvələri tərəfindən həbs edilib.

Qaşqay türklərinin “Baydaq” saytınin yaydığı xəbərdə deyilir ki, “Qayi” partiyasının katibi Ruhullah Muradi deyib ki, qaşqay mədəni fəalı Arəş Pənahpur Dərəşorlu Əli Xaməneinin tənqidi ilə bağlı video paylaşdığı üçün rejimin ETTELAAT məmurları tərəfindənyaxalanıb.

Muradi bununla bağlı özünün sosial şəbəkə hesabında yazıb: “Əldə etdiyimiz məlumatlara görə, Arəş Pənahpur Dərəşorlu iyulun 27-də təhlükəsizlik məmurları tərəfindən həbs edilərək İsfahan əyalətinin Şəhrza zindanına salınıb və ona fiziki. psixi işgəncələr verilib”.

Həmin Qaşqay türklərindən olan mədəni fəalı sosial şəbəkələrdə paylaşım edərək bir neçə İran rəsmisinin Əli Xaməneini “tanrının nişanəsı” adlandırmalarını sərt tənqid edib.

Qeyd edək ki, Arəş Pənahpur Dərəşorlu İsfəndiyar oğlu, birinci dünya müharibəsi zamanı ingilislərə qarşı müqavimət hərəkatına başçılıq edən məşhur Nəsrullah xanın nəvəsidir.

Bununla yanaşı onun ailəsi məşhur Qaşqay başçılarından olan Xosrov xanla birgə 1979-cu ildə inqilabın mollalar tərəfindən mənimsənilməsinə qarşı silahlı mübarizələrdə iştirak edib.

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …