Şənbə , Sentyabr 26 2026
azfa

İran rejimi həbs etdiyi azərbaycanlı fəal Şükrüllah Qəhrəmanifərdi Əhərdə zindana köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xudafərin şəhərindən olan müəlim və azərbaycanlı mədəni fəal Şükrüllah Qəhrəmanifərdi İran rejimi tərəfindən Əhərdəki zindana köçürülüb.

Bu barədə azərbaycanlı fəalın oğlu Yaşar Qəhrəmanifərd özünün sosial şəbəkə hesabında məlumat yayıb.

O yazıb ki, atasının avqustun 9-da İranın Əhərd\ki zindanına köçürülüb.

Qeyd edək ki, irqçi fars rejimin məmurları Güney Azərbaycanın Xudafərin şəhərindən olan azərbaycanlı milli fəal Şükrüllah Qəhrəmanifərdi avqustun 1-i səhər saatlarında həbs etmişdir.

İranın ETTELAAT İdarəsinin 8 məmuru  Şükrüllahın evinə hücum edərək onun evində axtarış aparmışlar.

Məmurlar azərbaycanlı fəalın mobil telefonunu, kompüteri və kitabları, eləcə də başqa şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparmışlar.

Şükrüllah Qəhrəmanifərd bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …