Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İran hökuməti Azərbaycan vilayətlərini Ermənistanla iqtisadi əlaqələrə mçəcbur edir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran hökuməti Güney Azərbaycandakı vilayətləri Ermənistanla iqtisadi əlaqələrə mçəcbur edir. Rejimin göstərişi ilə həmin vilayətlərin vali və s. rəsmiləri Ermənistan rəsmiləri ilə görüşür.

Şərqi Azərbaycan vilayətinin Sənaye, Mədən və Ticarət Təşkilatı yanında Xarici Ticarət İdarəsinin rəisi deyib: “Ermənistanın Avrasiya ölkələrinə açılan qapı olması bizim üçün çox vacibdir, bununla bağlı iki aydan bir görüş keçirilməlidir”.

SEPAH-a yaxınlığı ilə seçilən “Fars News” saytının xəbərinə görə, Məhəmməd Tağı Hünərbər özəl sektor nümayəndələri və işğalçı Ermənistanın İxrac Şurasının üzvlərinin iştirakı ilə keçirilən Ermənistan İxrac Şurasının iclasında deyib: “Bu ilin ilk üç ayında İrandan Ermənistana 30 milyon dollara yaxın ixrac, bu ölkədən isə 688 min dollarlıq mal idxal edilib”.

Onun sözlərinə görə, xoşbəxtlikdən, ixrac dəyəri baxımından İranın Ermənistana ixrac həcmi ötən ilin ilk üç ayı ilə müqayisədə 5,6% artıb. “Əmtəə qrupuna görə, İrandan Ermənistana ən böyük ixrac məhsulu faydalı qazıntılar olaraq 9 milyon dollar, kənd təsərrüfatı məhsulları və qida sənayesi 7 milyon dollara yaxın, neft-kimya və neft əsaslı məhsullar 6 milyon dollar, sənaye malları 8 milyon dollar təşkil edir”.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …