Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Suriyadan Zabux kəndinə köçmüş ermənilər Ermənistana gedəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Zabuxda erməni əhalisinin çıxarılması prosesi davam edir. Bu barədə Zabuxun qondarma erməni icmasının “rəhbəri” Andranik Çavuşyan deyib.

Onun sözlərinə görə, hazırda məktəbin boşaldılması həyata keçirilir.

“Kənddə 54 ailə var. Bu ailələrdən yalnız 7-si “arsax”da qalacaq, digərləri Ermənistanın müxtəlif yerlərinə gedəcək”, – o deyib.

Çavuşyan özü isə Xankəndində qalacağını deyib.

Qeyd edək ki, Laçında qalan ermənilər işğal dövründə xüsusilə Yaxın Şərqdən bura köçürülənlərdir. A.Çavuşyan da 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabux kəndinə köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …