Gilan millət vəkilləri Astaranın Azərbaycana qaytarılmasından qorxuya düşərək Qazipura hücuma keçdilər

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Rəşt şəhərinin millət vəkili Cəfərzadə İmənabadini Urmiya millət vəkili Qazipurun Astaranın da Kərəc kimi Azərbaycanın ayrılmaz parçası olmasını bildirməsi ciddi narahat edib. O hətta Qazipura təhqiramiz şəkildə xitab edərək, onu öz işi ilə məşğul olmağa çağırıb.

Cəfərzadə İmənabadi deyib: “Astaranın Ərdəbilə birləşdirilməsinin gündəmə gətirilməsi ictimaiyyəti təşvişə salmaqdan başqa heç nə deyil. Bu, həmçinin  milli təhlükəsizliyə qarşı bir hərəkətdir.

Cəfərzadə həmçinin deyib ki, mən cənab Qazipura tövsiyyə edirəm ki, o getsin armudunu yesin. Onun əhali üçün ən yaxşı işi də elə bundan ibarət ola bilər. Qazipur və Ərdəbilin millət vəkilləri “Heyran gədiyi” və Astaranın ilhaqı ilə bağlı fikir deməyə səlahiyyətləri yoxdur”.

Azərbaycanın əzəli əraizisi “Heyran gədiyini” Gilan ərazisi hesab edən millət vəkili əlavə edib ki, Nadir Qazipur yenidən bu məsələni gündəmə gətirəcəyi təqdirdə ondan şikayət olunacaq.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …

Bir cavab yazın