Bazar , Oktyabr 25 2026
azfa

Rusiya Xəzər donanmasını Azərbaycana yaxınlaşdırır- Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Rusiyanın Xəzər donanması bundan sonra Dağıstan Respublikasının Kaspiysk şəhərində yerləşəcək.

APA-nın verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.

Həştərxandan Kaspiyskə köçəcək donanmanın hərbi qulluqçularının sayı da xeyli artacaq.

Nazir bildirib ki, donanmanın köçürülməsi ilə əlaqədar Kaspiyskdə genişmiqyaslı tikinti işləri aparılacaq. Şoyqu qeyd edib ki, donanmanın köçürülməsi Xəzər regionunda təhlükəsizliyin ciddi tərkib hissəsidir.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın