Cümə axşamı , May 7 2026
azfa

Ukrayna Rusiyanın Krımda qərargahını vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər saatlarında Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahının damında yanğın baş verib. Bu barədə şəhərin “qubernatoru” sayılan Mixail Razvojayev deyib.

Razvojayev binada olduğunu, PUA-nın HHM qüvvələri tərəfindən “təəssüf ki” vurulmadığını, PUA-nın özünün dama çırpıldığını bildirib.

O qeyd edib ki, sürət az, hündürlük isə o qədər də yüksək olmadığından, ciddi dağıntı və tələfat yoxdur.

Daha sonra isə qubernator fikrini dəyişib, PUA-nın vurulduğunu Teleqram kanalında elan edib.

Bu arada isə Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 44 900 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 907 tank, 4 212 zirehli döyüş maşını, 1018 artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 141 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 197 helikopter, 803 PUA, 190 qanadlı raket, 15 gəmi, 3 137 avtomobil texnikası və avtosistern, 97 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib

Həmçinin yoxlayın

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …

Hörmüz boğazında iki minə yaxın gəmi ilişib

GADTB: CNN telekanalı xəbər verib ki, Hörmüz boğazında vəziyyət kritik həddə çatıb və bölgədə təxminən …