Hayların “gesa turkes” adlandırdığı ermənilər əslində kimlərdi???

GADTB: Rusların Azərbaycanı 1828-ci ildə işğal edəndən sonra İrandan və Türkiyədən köçürdükləri haylar ilə türkdilli qıpçaq-ermənilər, rusların bu iki etnosu birlışdirmək planlarına baxmayaraq on illər ərzində qarışa bilmədilər.

Fərqli mədəniyyətə, fərqli dilə malik olduqlarından, eyni dini təriqətləri də bunları yaxınlaşdıra bilmirdi.

Ruslar məcbur olub bu iki etnos üçün eyni leksion, eyni əlifba yaradıb bunları “birləşməyə” məcbur etdi. Buna baxmayaraq hələ də Qarabağ ermənilərini haylar “şurdvats” (dönmə), gesa türk ( yarı türk) adlandırmaqla özlərindən olmadıqlarını nifrətlə bildirirlər.

1828-ci ilədək Azərbaycanda bircə dənə də olsun, hay kəndi yox idi. Əvəzində isə İslamı qəbul etməyib, digər soydaşlarından fərqli olaraq öz əski etnik adı olan “alban” adını qoruyub saxlayan və danışdıqları dili “qıpçaq dili” və ya “bizim dil”, bəzən isə “tatar dili” adlandıran albanlar yaşamaqda idilər. Onlar da qonşuları tərəfindən xristian dininin monofizit təriqətinə mənsub olduqları üçün “erməni” adlandırılırdı. Həmin dövrdə monofizit həbəşləri, suryanıləri, hayları, qriqorian tatları “erməni” adlandırırdılar. Rusların məqsədyönlü siyasəti nəticəsində artıq gəlmə erməni-hayların sayı yerli erməni-alban türklərinin sayını üstələməyə başladı.

Bununla belə, bəzi albanlar hələ öz etnik kökünü unutmamışlar və özlərinin türk mənşəli olduqlarını bilməkdə idilər. Hayların bütün dünyaya erməni-hay aşığı kimi tanitmağa çalışdıqları alban aşığı Sayat Nova türkcə qələmə aldığı şerində özünün türk olduğunu bildirir.

“Vəslinə eylədi ərk Sayat Nova.

Məcnunu görk Sayat Nova.

Aşıq Sayat Nova,Türk Sayat Nova”

Maraqlıdır ki, Sayat Nova erməni-hay dilində yazdığı başqa bir şerində özünü “Mən inancıma görə erməni Sayat Nova” kimi təqdim edir və monofizit xristian olduğunu bildirir.

1940-cı illərə qədər xalq arasında işlənən bayatılara rast gəlinir.

“Əzizinəm ər məni.

Ər kişisən vur məni.

Axı bizə nə olub.

Haya dedik erməni..”

və yaxud

İnamım sənədir yar.

Alma olum dər məni.

Tülküdən aslan olmaz.

Haya demə ərməni.”

Şükürlər olsun ki, XIII-XIV-cü əsrlərdə Kırıma köçərkən bir çox çox əsərin surətlərini də özləri ilə aparan, yeni vətənlərində onların üzünü dəfələrlə köçürən və Kırımda daha çox erməni-qıpçaq kimi tanınmağa başlayan albanlar sayəsində Qafqaz Aıbaniyasının elmi və ədəbi mirasının bir qismi qorunub saxlanmış və dövrümüzə qədər yetişmişdir.

Beləliklə erməni-hay tarixçiləri orta əsrlərdə monofizit anlamında işlədilən “erməni”kəlməsi ilə manipulyasiya edərək, bütün monofizit xalqların, ilk növbədə də albanların tarixini və mədəni mirasını mənimsəyərək, özlərinə saxta bir “tarix”və “mədəniyyət” inşa etmişlər .

Bu “tarix”ə istinad edərək, əski alban ərazilərini erməni-hay əraziləri elan etmiş və özlərinin işğalçılıq siyasətini bununla əsaslandırmışlar və davam edirlər.

Şahlar Hacıyev,

Tarixçi Alim.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …