Azərbaycanlı siyasi məhbus Abbas Lisani əməliyyat olunduğu gün tibbi məzuniyyəti ləğv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tibbi məzuniyyətdə olan azərbaycanlı siyasi məhbus Abbas Lisani avqustun 23-də üçüncü dəfə Təbrizin “Vəliəsr” xəstəxanasında qapalı bel diski əməliyyatı olunub.

Həkimlər cərrahi əməliyyatından sonra azərbaycanlı siyasi məhbusa təxminən 1 aya yaxın hərəkət etməməyi və əməliyyatın nəticəsindən arxayın olmaq üçün yenidən müayinədən keçməyi tövsiyə ediblər.

Lakin elə həmin gün tibbi Ekspertizanın rəyinə baxmadan prokuror azərbaycanlı siyasi məhbusun tibbi məzuniyyətinin uzadılmasına icazə verməyib.

Belə ki, azərbaycanlı siyasi məhbus Abbas Ləsani 23 avqustda məhkəmənin elektron sistemi vasitəsilə həbsinin qalan hissəsini çəkmək üçün 5 gün içində Ərdəbildəki İnqilab Məhkəməsinin Hökmləri İcra şöbəsinə müraciət etməsi tələb olunub.

Bildirişdə yazılıb: “İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyətinizlə bağlı son günlər məhkəmə tibb ekspertizasının rəyi və hörmətli prokurorun göstərişinə görə, həbs cəzanızın qalan hissəsini çəkmək üçün 5 gün müddətində bu şöbəyə gəlməlisiniz. Müəyyən edilmiş müddətdə gəlməmək həbslə nəticələnəcək”.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …