Bazar ertəsi , İyul 27 2026
azfa

Amerika İran əsas məsələlərdə imtiyazlar verdiyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerikanın Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilir ki, İran əsas məsələlərdə imtiyazlar verib və atom sövdələşməsi ilə bağlı razılığın əldə olunması İranı nüvə proqramını ləğv etməyə məcbur edəcək.

Amerika Milli Təhlükəsizlik Şurası İranın bəzi həssas mövzularda mühüm güzəştlərə getdiyini açıqlayıb və əlavə edib ki, nüvə müzakirələri zamanı ABŞ prezidenti Co Bayden Sepah-ın terror təşkilatları siyahısından çıxarılmamalı olduğunu qəti şəkildə vurğulayıb.

Həmçinin bildirilib ki, nüvə anlaşması bərpa olunarsa, İranın 3,67%-dən çox nüvə zənginləşdirməsi qadağan olunacaq və Tehranın uran ehtiyatları 2031-ci ilə qədər 300 kq-dan çox olmamalıdır.

Şuranın bəyanatında bildirilir ki, İran 20% və 60% zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməli və qabaqcıl sentrifuqalarının fəaliyyətini dayandırmalıdır.

Həmçinin yoxlayın

Molla rejimi Bocnurd türkü Araş Mirzayini 3 il həbs cəzasına məhkum edib

GADTB: 19 yaşlı Bocnurd şəhərindən olan türk gənci Araş Mirzayi Bocnurd İnqilab Məhkəməsinin 107 saylı …

Molla rejimi nüvə proqramını danışıqlarda sonuncu prioritet kimi təqdim edir

GADTB: Əl-ərəbiyyə telekanalının bir mənbəyə istinadən verdiyi məlumata görə, İran Pakistan rəsmilərinə danışıqları tərk etmədiyini, …