Tehranda yaxalanan azərbaycanlı işçi fəalı Rza Şəhabi qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim yaxaladığı Tehran sakini azərbaycanlı işçi fəalı Rza Şəhabini Evin zindanının 209-cu bölməsində qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqının İdarə Heyətinin üzvü olan Rza Şəhabi xəstə olmasına və üç ay yarım bundan öncə həbs edilməsinə baxmayaraq, hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Şəhabi ailəsinin verdiyi məlumata görə, o, 42 gün aclıqdan sonra kəskin arıqlayıb. Təzyiq altında saxlanılan fəal ürək çatışmazlığı, yüksək qan təzyiqi və diyabetdən əziyyət çəkdiyi və ciddi sağlıq problemlərinin yarandığı bildirilir. Lakin ona müayinə və müalicə olunmaq imkanı verilmir.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Şəbistər bölgəsindən olan Rza Şəhabi mayın 12-də həbs edildikdən sonra qeyri-müəyyən şəraitdə saxlanılmasına, ailəsi ilə əlaqəyə və vəkillə təmin olunmasına imkan verilmədiyinə görə 42 gün aclıq aksiyası keçirib.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …