Şənbə , Oktyabr 17 2026
azfa

GADTB başqanı Əjdər Tağızadənin Azərbaycan Ordusunun Laçinə daxil olması münasibətilə təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə müzəffər Azərbaycan Ordusunun Laçinə daxil olması və bu bölgənin erməni işğalından azad olunması münasibətilə Azərbaycan Prezidenti, Azərbaycan Türk Milləti və dünya türklərini təbrik edib.

Sayın Əjdər bəyin təbrik mesajının bir hissəsində bildirilir ki, Ali Baş Komandanın qətiyyəti və şanlı Azərbaycan ordusunun xüsusi igidlik göstərməsilə işğalçı Ermənistan təslim olmağa məcbur qaldı. Nəticədə 30 il erməni işğalında olan Laçın rayonu və şəhəri artıq bu gün azad edildi və müzəffər Azərbaycan ordusu həmin Azərbaycan ərazilərini nəzarəti altına aldı. Azərbaycanın strateji bölgələrinin addım-addım azad edilməsi millətimizə ruh bütövlüyü gətirməklə o taylı- bu taylı bütün azərbaycanlıları sevindirir. Bu uğur Türk Dünyasına da böyük töhfədir.

GADTB vətənimiz Azərbaycanın bu qələbəsini sevinclə qarşılayıb, bu münasibətlə Azərbaycan Prezidenti, Azərbaycan Türk Milləti və Türk Dünyasını təbrik edirik.

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Əjdər Tağızadə

Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …