Şənbə , May 18 2024
azfa

GADTB başqanı Əjdər Tağızadənin Azərbaycan Ordusunun Laçinə daxil olması münasibətilə təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə müzəffər Azərbaycan Ordusunun Laçinə daxil olması və bu bölgənin erməni işğalından azad olunması münasibətilə Azərbaycan Prezidenti, Azərbaycan Türk Milləti və dünya türklərini təbrik edib.

Sayın Əjdər bəyin təbrik mesajının bir hissəsində bildirilir ki, Ali Baş Komandanın qətiyyəti və şanlı Azərbaycan ordusunun xüsusi igidlik göstərməsilə işğalçı Ermənistan təslim olmağa məcbur qaldı. Nəticədə 30 il erməni işğalında olan Laçın rayonu və şəhəri artıq bu gün azad edildi və müzəffər Azərbaycan ordusu həmin Azərbaycan ərazilərini nəzarəti altına aldı. Azərbaycanın strateji bölgələrinin addım-addım azad edilməsi millətimizə ruh bütövlüyü gətirməklə o taylı- bu taylı bütün azərbaycanlıları sevindirir. Bu uğur Türk Dünyasına da böyük töhfədir.

GADTB vətənimiz Azərbaycanın bu qələbəsini sevinclə qarşılayıb, bu münasibətlə Azərbaycan Prezidenti, Azərbaycan Türk Milləti və Türk Dünyasını təbrik edirik.

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Əjdər Tağızadə

Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

GADTB: Avropa İttifaqı İrandan nüvə doktrinası ilə bağlı təhdidlərə son qoymasını tələb edir

Avropa İttifaqı dünən İran hökumətindən nüvə doktrinasına yenidən baxması təhdidindən əl çəkməsini istədiyini açıqlayıb. Məlumata …

Azərbaycan Milli Məclisi Lüksemburqun Azərbaycana qarşı qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

GADTB: Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb. Bəyanatda deyilir: …