Çərşənbə , Avqust 26 2026
azfa

İran Ermənistanı himayəni əsaslandırmaq üçün buranın İranın Avrasiya bazarına giriş qapısı adlandırır!!!

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi Ermənistanı himayə etməyi əsaslandırmaq üçün yalan fikirlər irəli sürür.

İranın Ermənistandakı səfiri heç yerə çıxışı olmayan Ermənistanı İranın Avrasiya ölkələrinə çıxış qapısı adlandırıb.

Ermənistanı İran üçün Avrasiya ölkələrinin bazarına giriş qapısı adlandıran İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zuhuri deyib: “Ölkələrin bazarına nə qədər peşəkar şəkildə və oradakı imkanlar haqqında tam məlumatlı daxil olsaq, istədiyimiz nəticəni əldə etmək imkanımız bir o qədər çox olar”.

Bədəxşan Zuhuri jurnalistlərə açıqlamasında son 1-2 il ərzində Ermənistanın İrandan gələn müxtəlif biznes, iqtisadi və ticarət nümayəndə heyətlərinə ev sahibliyi etdiyini bildirib.

O, əlavə edib: “Ermənistanla qonşu ölkələrin fəaliyyəti iqtisadi olub və bu səfərlər iki ölkənin kommersiya imkanları və iqtisadi əməkdaşlığı haqqında məlumatlılığın və anlayışın artırılmasında xüsusi rola malikdir”.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …