Çərşənbə axşamı , May 14 2024
azfa

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Türkiyənin Zəfər Bayramı tədbirinə qatıldılar-Şəkil

GADTB: bu gün 26 avqustda Avstraliyanın Sidney şəhərində 30 Avqust- Türkiyənin Zəfər Bayramı münasibətilə tədbir keçirildi.

Tədbirə Türkiyənin baş konsulu sayın Ali Sevim və digər türk diplomatlar, həmçinin Avstraliya Yeni Güney Uelz (NSW) əyalətinin Multikultural Departamenti naziri, Türk Muarif Məktəbinin direktoru, Qüzey Kıbrıs Türk Cümhuriyyətinin fəxri konsulu və s. qonaqlar iştirak etmişlər.

Tədbirə rəsmi dəvətlə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti sayın Mikayil bəy Oyta və GADTB Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun da qatılmışlar.

Tədbirdə çıxışlarla yanaşı bədii hissədə uşaqların ifasında şeirlər səsləndi, musiqi və rəqs ifaları icra edildi.

Tədbirdən bir neçə şəkli təqdim edirik:

Həmçinin yoxlayın

Güney Azərbaycanda molla rejimin həbs etdiyi milli fəallara dəstək aksiyası keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən bir qrup azərbaycanlı fəal Təbriz şəhərində molla …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İran regionu qarışdırır” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …